27 Mart 2021 18:00
888
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Mərkəzi Komitəsinin sədr müavini Ri Pyonq Ço ABŞ Prezidenti Co Baydenin ballistik raket sınaqlarını tənqid etməsini “təxribat və özünümüdafiə hüquqlarına təcavüz” adlandırıb.

Teleqraf.com xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyi Ri Pyonq Çonun Baydenin tənqidlərinə cavabını dərc edib. Mərkəzi Komitənin sədr müavini deyib ki, Co Baydenin Şimali Koreyaya qarşı düşmənçiliyini açıq şəkildə ortaya qoymasından narahatdırlar və ABŞ prezidentinin tənqidlərini “Qanuni müdafiə hüquqlarına qarşı təxribat və təcavüz kimi qəbul edirlər.

ABŞ-ın sərbəst şəkildə ballistik raketləri sınaqdan keçirdiyini və Koreya yarımadasını əhatə edən strateji hərbi varlığını yerləşdirməsini pisləyən Pxenyan rəsmisi Vaşinqton rəhbərliyinin Şimali Koreyanın taktiki silah sınaqlarını tənqid etməsini haqsızlıq adlandırıb. Pxenyan rəsmisi eyni zamanda ABŞ və Cənubi Koeyanın “onlar üçün davamlı bir hərbi təhlükə yaratdığını” və Şimali Koreyanın özünü müdafiə etmək üçün “yenilməz güc” yaratmaqdan başqa bir yolu almadığını vurğulayaraq hərbi güclərini davamlı şəkildə genişləndirəcəklərini açıqlayıb. Bayden rəhbərliyində ABŞ-ın yeni hökumətinin Şimali Koreya ilə əlaqəli səhv addım atdığını qeyd edən Ri bəyan edib ki, ABŞ nəticələrini düşünmədən fikirlərinə davam edərsə başına pis şeylər gələ bilər.


Müəllif: Cavad

Oxşar xəbərlər