1980-ci ildən bəri İsveçrə ordusunda kişi alt paltarı geyinməyə məcbur olan qadın hərbçilərə ilk dəfə qadın alt paltarı geyinməyə icazə veriləcəyi açıqlanıb.
Teleqraf.com-un xəbərinə görə, bu barədə İsveçrə Silahlı Qüvvələrindən açıqlama verilib.
Mövcud sistemə görə, çağırışçılara verilən standart geyim paketinə yalnız kişi alt paltarları daxil edilir. Gələn aydan etibarən isti və soyuq aylar üçün iki fərqli qadın alt paltar dəsti paylanacaq.
Bu dəyişiklik İsveçrə Silahlı Qüvvələrinin 2030-cu ilədək ordudakı qadınların sayını 1 faizdən 10-a qaldırmaq planının bir hissəsidir.
İsveçrə Milli Şurasının üzvü Marina Binder bu günə qədər qadın hərbçilərə narahatedici kişi alt paltarları verildiyini, bu dəyişikliyin qadınları ordu sıralarına qatılmağa təşviq edəcəyini söyləyib:
“Ordu sıralarında daha çox qadın qatılacaqsa, bu kimi tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.