"İŞİD” qruplaşmasının silahlıları ötən gün Suriyanın Homs əyalətində 3 qaz quyusunu ələ keçiriblər.
Teleqraf.com-un “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, silahlılar Şaer rayonunda yerləşən qaz quyularını Suriya ordusu ilə qızğın döyüşlərdən sonra ələ keçirə biliblər.
Bundan əvvəl Suriya ordusunun Şaer rayonunda neft quyusunu nəzarətə aldığı, hökumət qüvvələrinin neft yataqları ilə zəngin olan bütün rayonun azad edilməsi istiqamətində silahlılarla qızğın döyüşlərin apardığı bildirilirdi.
Bu arada ABŞ Suriyada “İŞİD”in nəzarətində olan neft borularını bombardman etmək niyyətində olduğunu elan edib.