Polşa Xarici işlər naziri Zbiqnev Rau Ukraynanın şərqində qarşıdurma riskinin artması səbəbindən təcili olaraq Kiyevə yola düşüb.
Teleqraf.com xəbər verir ki, bu barədə Polşa Xarici İşlər Nazirliyindən açıqlama verilib.
Açıqlamada bölgədə sülh üçün ciddi təhlükənin yarandığı bildirilib:
“Bu gün Xarici işlər naziri Zbiqnev Raunun Ukrayna sərhədləri yaxınlığında sülh üçün təhlükənin yaranması fonunda Kiyevə təcili səfəri baş tutacaq”.
Bundan əvvəl beş ölkə - ABŞ, Böyük Britaniya, Kanada, Litva və Polşa Ukrayna sərhədləri yaxınlığında Rusiyanın hərbi fəallığının artmasını müzakirə edib.
Rəsmi Kiyev aprelin 2-də Moskvanı Donbasda hərbi varlığını artırmaqda ittiham edib. Bundan sonra məsələnin Avropa Birliyi ölkələrinin xarici işlər nazirləri tərəfindən də müzakirə ediləcəyini açıqlanıb.
Rusiyanın Ukrayna ilə sərhədlərinə 28 batalyon göndərmək qərarından sonra Ukrayna müdafiə naziri Andrey Taran amerikalı həmkarı Lloyd Austinə zəng edib. Austin Rusiya təhlükəsinə qarşı Ukraynaya ABŞ-ın hərbi dəstəyini vəd edib.