Rusiya İranın tezliklə Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiyanı ratifikasiya edəcəyini gözləyir.
Teleqraf.com-un məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın baş nazir müavini, xarici işlər naziri Muxtar Tleuberdi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, o zaman bu vacib konvensiya qüvvəyə minəcək və Xəzər dənizində qarşılıqlı əməkdaşlığın əsasını möhkəmləndirəcək.
Qeyd edək ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində imzalanıb.