10 Aprel 2021 10:11
1 681
12 Punto 14 Punto 16 Punto 18 Punto

Norveçin paytaxtı Oslada yaşanan hadisə dünyanı şoka salıb.

Teleqraf.com xəbər verir ki, 2011-ci ilin aprelində evində vəfat edən şəxsin cəsədi bu il ortaya çıxıb.

Norveç polisi illər əvvəl vəfat edən, amma cəsədi indi ortaya çıxan şəxsin adını açıqlamasa da, yaşının 60 olduğunu bildirib. Həmin şəxsin əvvəllər evli olduğu və azı bir övladının olduğu ehtimal edilir.

Onun cəsədi binanı təmir etməyə gələn ustaların polisə müraciətindən sonra tapılıb.

Polis şəxsin 2011-ci ilin aprel ayında vəfat etdiyini açıqlayıb. Bu tarix isə evdə tapılan süd qutusunun üzərindəki istifadə tarixinə və evə göndərilən məktuba əsasən müəyyən edilib. Həmçinin cəsədin yarılmasından sonra onun təbii şəkildə vəfat etdiyi müəyyən olunub.

Qəribədir ki, Norveç Məşğulluq Agentliyi şəxsə sənədlərində əksiklik olduğu üçün təqaüd verilməsini dayandırsa da, pul bank hesabına ödənilib.


Müəllif: Cavad

Oxşar xəbərlər