11 Aprel 2021 08:23
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aralıq dənizinin Yunanıstan sahillərində 4,5 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri 168 min sakini olan Patra şəhərindən 90 kilometr qərbdə, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Hadisə nəticəsində hər hansı itki və ya fəsadlar barədə məlumat verilməyib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər