İranın mərkəzində yerləşən İsfahan vilayətinin Nətənz nüvə obyektində elektrik şəbəkəsindəki qəza terror aktı nəticəsində baş verib.
Teleqraf.com xəbər verir ki, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbək Salehi deyib.
O bildirib: "İran bu çirkin aktı qınayır və beynəlxalq cəmiyyətə və AEBA-ya nüvə terrorizminin bu cür təzahürləri ilə mübarizə aparmaq lazım olduğunu xatırladır".
Əli Əkbər Salehi əlavə edib ki, İran hadisəyə görə məsuliyyət daşıyanlara qarşı cavab tədbirləri görmək hüququnu özündə saxlayır.