ABŞ və Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın 3 min tonluq balistik raketli sualtı qayığının montaj işlərini tamamladığını düşünür.
Teleqraf.com xəbər verir ki, ölkə lideri Kim Çen Inın əhəmiyyət verdiyi hərbi layihə ilə bağlı yeni xəbərlər ortaya çıxarılıb.
ABŞ və Cənubi Koreya kəşfiyyatı Şimali Koreyanın balistik raket daşıyacaq 3 min tonluq sualtı qayığında montaj işlərinin başa çatdırıldığından şübhələnir. Kəşfiyyatın məlumatına görə, Pxenyan sualtı qayığın dənizə buraxılması üçün münasib zaman gözləyir.
Cənubi Koreya mediasına danışan rəsmilər Şimali Koreyanın 2019-cu ilin avqustunda ortaya çıxardıqları 3 min tonluq sualtı qayığının tikintisinin çoxdan bitdiyini qeyd ediblər. Rəsmilər Şimali Koreyanın ABŞ-a təzyiqlərini ən üst səviyyəyə çıxarması daxil olmaqla sualtı qayığın strateji təsir yaratmaq üçün doğru zamanda ortaya çıxarılacağını ehtimal edirlər.