Ukrayna Donbasa hücum etmək niyyətində deyil.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel deyib.
O, Ukraynanın öz ərazisinə hücum etməyəcəyini və öz xalqı ilə döyüşməyəcəyini söyləyib.
Mendelin sözlərinə görə, Kiyev yalnız danışıqların sülhə səbəb ola biləcəyinə əmindir: “Bu səbəbdən də Normandiya formatında danışıqlara cəhd edirik və mümkün olan bütün diplomatik yollarla məsələnin dinc yolla həllinə çalışacağıq”.