12 Aprel 2021 22:37
1 466
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna və Rusiya arasındakı gərginlik artmaqda davam edir.

Teleqraf.com xəbər verir ki, Ukrayna prezidentinin mətbuat katibi Yuliya Mendel Rusiyanın ölkəsinin şərq sərhədləri yaxınlığında 4 mindən çox hərbi qüvvə topladığını açıqlayıb.

Bu qüvvələrlə yanaşı Krımda da 40 mindən çox rus hərbçisinin olduğunu söyləyən Mendel Prezident Vladimir Zelenskinin Parisə gedəcəyini və Donbasda artan gərginlik və Rusiyanın addımlarından danışacağını deyib.
Mendel Zelenskinin Rusiya Prezidenti Vladimir Putinlə görüşmək istədiyini, lakin hələ bir cavab almadığını bildirib: “Ümid edirəm ki, bu, dialoqdan imtina etdikləri anlamına gəlmir”.

Digər tərəfdən, Ukrayna Xarici İşlər Nazirliyi Rusiyanı qoşunlarını ölkə sərhədlərindən çıxarmağa və Minsk razılaşmasının şərtlərini yerinə yetirməyə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər