13 Aprel 2021 15:16
447
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rusiyanın Türkiyə ilə sərnişin daşınmalarında hava trafikini məhdudlaşdırması heç bir siyasi motiv daşımır və yalnız bu ölkədəki epdemioloji durumla əlaqədardır”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“Bu, siyasi motivli deyil, epidemioloji xarakter daşıyır. Türkiyədə yoluxmanın kəskin şəkildə artması ilə əlaqədardır”, - Kremlin rəsmi nümayəndəsi bildirib.

Rusiya 15 aprel - 1 iyun tarixlərində koronavirus səbəbiylə Türkiyə ilə sərnişin daşınmalarını məhdudlaşdırıb. Uçuşların sayı qarşılıqlı olaraq həftədə ikiyə endirilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər