13 Aprel 2021 22:54
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ müdafiə naziri Lloyd Ostinin və dövlət katibi Entoni Blinkenin Avropaya səfər turnesi başlayıb. Əsas görüşlər NATO-nun mənzil qərargahında keçirilir. Əsas mövzu Rusiyanı durdurmağın yollarını müzakirə etməkdir. Vaşinqton Moskvaya açıq mesaj göndərir ki, Donbasda növbəti müharibə Rusiyaya baha başa gələcək”.

Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, bu ərəfədə NATO-nun Rusiyanın qərb sərhədlərində 40 minlik hərbi qüvvəsi ilə hərbi təlimlərə hazırlaşması da diqqət çəkir:

“Təlimlərdə Ukraynanı hərbçilərinin iştirakı da nəzərdə tutulub. Təsadüfi deyil ki, NATO baş katibi bununla əlaqədar olaraq Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə görüşüb. Gələcək hərbi təlimlərdə Rusiyanın mümkün hücumuna qarşı birgə müdafiə tədbirləri tətbiq ediləcək. Bu Rusiyaya mesajdır ki, Rusiya ordusu Ukrayna ərazisinə keçərsə, NATO prosesdən kənarda qalmayacaq. Ancaq bu Kiyev üçün azdır. Kiyevin əsas istəyi Ukraynanın NATO üzvlüyünə qəbuludur. NATO rəhbərliyində bu məsələ ilə bağlı yekdil fikir yoxdur.
ABŞ, Türkiyə və Polşa Ukraynanın üzvlüyünü dəstəklədikləri halda, Fransa və Almaniya həmişəki kimi bunun əleyhinədir. Bununla Paris və Berlin əslində Rusiyanın əlinə oynayır”.


Müəllif: Mənsur Rəğbətoğlu