16 Aprel 2021 18:00
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə NATO-nun mühüm müttəfiqlərindən biridir, amma Ankaranın “S-400” komplekslərindən xilas olması lazımdır.

Teleqraf.com xəbər verir ki, ABŞ Konqresinin Silahlı xidmət komitəsinin üzvü, Təmsilçilər Palatasının nümayəndəsi Viki Hartzlerin suallarını cavablayan Pentaqon rəsmisi Laura Kooper belə deyib.

"Co Bayden administrasiyasının bu mövzuda mövqeyi necədir?” - sualına cavab verən Pentaqonun Avrasiyadan sorumlu nazir köməkçisi Laura Kopper "S-400" komplekslərinin F-35-lərlə uyğun gəlmədiyini bildirib.

“Türkiyəni S-400-lərdən xilas olması mövzusunda xəbərdarlıq edirik. Ancaq Türkiyə əhəmiyyətli bir NATO müttəfiqidir və verdiyi töhvələrə dəyər veririk. Onlarla çalışırıq”, - Pentaqonun yüksək çinli nümayəndəsi deyib.

ABŞ-ın Avropa Komandanlığının (EUCOM) generalı Tod Daniel Volter bildirib ki, Amerika ilə Türkiyə orduaları arasında əlaqələr çox güclüdür.


Müəllif: Cavad