Türkiyənin Sənaye və texnologiya naziri Mustafa Varank yerli VLP (Virusa bənzəyən parçalar) bazalı vaksinin birinci dozasını vurdurub.
Teleqraf.com xəbər verir ki, nazir könüllü olaraq Ankara Onkoloji Xəstəxanasında TÜBİTAK COVID-19 Türkiyə Platforması çərçivəsində üzərində iş aparılan VLP bazalı peyvənd olunub.
Varank gecəni xəstəxanada qalacaq bazar günü müayinələrdən sonra evə buraxılacaq.
"Birinci faza könüllüsü olmaq çox vacibdir. Dünyaya şəfa olacaq vaksin ortaya çıxarmaq istəyirik, - nazir bildirib.