18 Aprel 2021 15:30
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Martın 31-dən bəri aclıq aksiyası keçirən Rusiya müxalifətin lideri Aleksey Navalnının lazımi tibbi dəstəyi ala bilməməsi səbəbiylə hər an ölə biləcəyi açıqlanıb.

Teleqraf.com Publika.az-a istinadən xəbər verir ki, bu barədə 44 yaşlı Navalnının test nəticələrini araşdıran həkimi məlumat verib.

Həkim bildirib ki, onun ürəyi hər an dayana və ölümlə üzləşə bilər. Eyni zamanda, Navalnının həkimlərinə həbsxanada onunla görüşməsinə icazə verilmir.

Rusiyalı müxalif belində disk yırtığnın olduğunu və ağrı səbəbindən əllərində də hissiyyatı itirməyə başladığını deyib.

Qeyd edək ki, A.Navalnı Moskvanın şimal-şərqində Vladimir bölgəsindəki sərt nəzarətlə tanınan bir həbsxanada saxlanılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər