30 Oktyabr 2014 08:13
907
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mərkəzi Afrika Respublikasında BMT sülhməramlıları oktyabrda silahlılar tərəfindən girov götürülən 67 nəfəri azad ediblər.

Teleqraf.com-un "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT-nin Mərkəzi Afrika Respublikasında sabitləşmə üzrə beynəlxalq missiyasının (MİNUSKA) nümayəndəsi Miriam Dissable bəyan edib.

Onun sözlərinə görə, girovların hamısı BMT sülhməramlılarının keçirdiyi xüsusi əməliyyat nəticəsində azad edilib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası apreldə MAR-da 12 min sülhməramlının yerləşdirilməsi barədə qərar qəbul edib. BMT-nin məlumatına əsasən, Mərkəzi Afrika Respublikasında baş verən münaqişə nəticəsində 1 milyona yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb, mindən çoxu həlak olub.

Qeyd edək ki, 2012-ci ilin noyabr ayından bəri Mərkəzi Afrika Respublikası vətəndaş müharibəsi şəraitində yaşayır.


Müəllif:

Oxşar xəbərlər