20 Aprel 2021 13:10
809
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan vətəndaşı, Maxo Tbilisski adlı “qanuni oğru” Moskvada mühakimə olunacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Moskva prokurorluğunun nümayəndəsui Lyüdmila Nefedova açıqlama verib.

Moskva prokurorluğu əvvəllər də məhkum olunmuş 38 yaşlı Gürcüstan vətəndaşı ilə bağlı ittiham aktını təsdiqləyib. O, Rusiya Cinayət Məcəlləsinin 210.1-ci maddəsi (cinayət iyerarxiyasında yüksək mövqe tutma) ilə ittiham olunur.

Maxonun kriminal aləmin nüfuzlu “oğru”larından biri Malxaz Darçiyevlə əlaqədə olduğu iddia edilib.

63 yaşlı Darçiyev 16 yaşında “tac”landırılıb. O, vəfat etmiş Vyaçeslav İvankov (Yaponçik) və Aslan Usoyan (Ded Xasan) kimi nüfuzlu “qanuni oğru”ların ortağı idi. Maxo yeraltı dünyanın varislərindən biri sayılır.

İstintaqa görə, Gürcüstan vətəndaşı 2011-ci ilin sentyabrından bu günə qədər cinayət iyerarxiyasında ən yüksək mövqelərdən birini tutur və özünü “qanuni oğru” adlandıranların kateqoriyasından sayır. Moskva da daxil olmaqla Rusiyanın bir neçə bölgəsindəki yeraltı dünyaya nəzarət edir.

Cinayət işi mahiyyəti üzrə baxılması üçün Moskva Şəhər Məhkəməsinə göndəriləcək.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər