30 Oktyabr 2014 15:32
886
12 Punto 14 Punto 16 Punto 18 Punto

«İsrailin Əl-Aqsa məscidini bağlaması müharibə elanıdır».

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Fələstinin dövlət başçısı Mahmud Abbas açıqlayıb. Onun sözlərinə görə, məscidin bağlanması həm Fələstin hökuməti, həm də xalqı tərəfindən çox ciddi narahatlıqla qarşılanıb. Bu məsələ iki ölkə arasında gərginliyin artmasına səbəb ola bilər.

İsrail tərəfi Süleyman məbədinin qalıqlarının bu məscidin yerləşdiyi ərazidə olduğunu düşünür və burada tez-tez qazıntı işlərш aparır. Bununla yanaşı İsrail ordusu dəfələrlə məscidə girərək, fələstinlilərə qarşı zor tətbiq edib.

Qeyd edək ki, Qərbi Qüdsdə təşkil olunan hücumda iki israillinin öldürülməsindən sonra məscidə giriş qadağan olunub.

Samir


Müəllif:

Oxşar xəbərlər