“Tokio Kuril adalarında Yaponiyanın suverenliyi təmin olunanadək mübarizəni davam etdirmək niyyətindədir”.
Teleqraf.com xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin 2021-ci il üçün dərc etdiyi strateji sənədində bildirilib.
Nazirlik Kuril məsələsi ilə bağlı Moskvayla israrlı şəkildə danışıqlara davam edəcəyini qeyd edib. Eyni zamanda, Yaponiyanın öz şərtləri daxilində Rusiya ilə sülh müqaviləsi bağlamaq niyyətində olduğu da diqqətə çatdırılıb.
Yaponiya Baş naziri Yoşixide Suqa mart ayında Rusiya ilə bir razılığa gələcəyini və bu problemi dialoq yolu ilə həll edəcəyini vəd edib. Nazirə cavab verən Kremlin sözçüsü Dmitri Peskov Rusiyanın Kuril adalarından geri çəkilməyəcəyini bildirib.
İkinci Dünya Müharibəsidən sonra Moskva və Tokio arasında sülh müqaviləsinin bağlanması mümkün olmayıb. Bunun əsas səbəbi, Kurilin şimal hissəsi - İturup, Kunaşir, Şikotan və Xabomay adaları üzərində həll edilməmiş ərazi mübahisəsi olub. Yaponiya Rusiyanın adalar üzərindəki suverenliyini tanımır. Moskva da Tokioya qarşı eyni mövqeyi sərgiləyir.
ABŞ Kuril adalarını Yaponiyanın bir hissəsi hesab edir.