1 May 2021 17:44
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva Seyminin Xarici İşlər Komitəsinin rəhbəri Jiqimantas Pavilionis Ukraynanın NATO və Avropa Birliyinə üzv olması üçün şərtləri açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Qordon” portalı yazıb.

Pavilionisin sözlərinə görə, bu, 15 ildən az bir müddətdə baş verəcək. O, Co Baydenin ABŞ-da hakimiyyətə gəlməsində Ukraynanın Şimali Atlantik İttifaqına sürətli girməsi üçün bir şans olduğunu bildirib.

Millət vəkili Ukraynanı “demokratiya və avtokratiya arasında cəbhə xətti” (Avropa və Rusiya) adlandırıb.

“Baydenin Mərkəzi Avropa və Baltikyanı ölkələr üçün Reyqan olmasına ehtiyacımız var”, - Pavilionis söyləyib.

Bundan əvvəl Ukraynada aparılan bir sorğuda ukraynalıların təqribən 64 faizinin ölkələrinin NATO-ya qoşulma fikrini tam və ya qismən dəstəklədiyi məlum olub.

Avropa Birliyi və NATO-ya üzv olmaq kursu Ukrayna konstitusiyasında təsbit edilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər