Cənubi Afrika Respublikasının Durban şəhərində helikopterin düşməsi nəticəsində 2 nəfər ölüb.
Teleqraf.com xəbər verir ki, məlumatı yerli “Eyewitness News” saytı yayıb.
Helikopter bu gün səhər saatlarında Umgeni çayındakı adalardan birinə düşüb. Xilasetmə xidmətləri və Mülki Aviasiya Təşkilatının müstəntiqləri qəza yerindədir.
Yerli “TimesLive” qəzeti pilot və onun köməkçisinin öldüyünü bildirib. Ehtimal olunur ki, helikopterin düşməsinə səbəb quşla toqquşması olub.