4 May 2021 12:14
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprelin 28-də Türkiyənin İstanbul şəhərində ələ keçirilən İŞİD terror təşkilatının mərhum lideri Əbu Bəkir əl-Bağdadinin “sağ qolu” kimi tanınan Əhməd S.İ.M-lə bağlı yeni faktlar ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, İŞİD-çinin Tacikistan vətəndaşı olduğu, 2000-ci ildə Rusiyada polis akademiyasında oxuduğu bildirilib.

2014-cü ildə İŞİD-ə qatılan terrorçu burada təlim alıb. Təşkilatda yüksək mövqe tutan Əhməd S.İ.M. döyüşlərdə sağ gözü və sağ ayağını itirib.

Həmin şəxsin Bağdadinin “sağ qolu” olduğu da iddia edilib.

Bağdadinin xüsusi planlarında rol alan İŞİD-çinin 60 nəfərlik xüsusi qrupa rəhbərlik etdiyi diqqətə çatdırılıb.

Terrorçunun İdlib, Həma, Dəyrizor və Əl-Babdakı İŞİD qruplaşmaları ilə təmasda olduğu deyilib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər