Ukrayna Prezidenti Vladimir Zelenski Polşa, Estoniya, Litva və Latviya liderləri ilə görüşü zamanı Rusiyaya qanunsuz ilhaq edilmiş Krım uğrunda müharibənin davam etdiyini bildirib.
Teleqraf.com xəbər verir ki, Zelenski bunu “Avropada baş verən savaş” adlandırıb.
“Ukraynanın bir hissəsi – Krım “ilhaq” edildi. Bu, Avropadakı müharibədir. Bunun üçün birlikdə olmağımız çox vacibdir”, - Ukrayna lideri vurğulayıb.
Ukrayna Prezidenti ölkəsinin Avropa Birliyini yalnız gücləndirə biləcək güclü dövlət olduğunu vurğulayıb.