7 May 2021 13:01
1 758
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Dövlət katibi Entoni Blinken Amerikanın Ukraynaya hərbi yardım məsələsini fəal şəkildə araşdırdığını bildirib.

Teleqraf.com xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.

“Əlbəttə ki, hər hansı bir müraciəti nəzərdən keçirəcəyik. Artıq hazırda göstərilənlərə əlavə olaraq hansı əlavə yardımların faydalı olacağını araşdırırıq. Bu, çox fəal şəkildə araşdırılır”, - Blinken qeyd edib.

Bundan əvvəl ABŞ Senatının Ukraynaya hərbi yardımın artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqlədiyi bildirilib. Müvafiq qərara əsasən, Ukraynaya hərbi yardım 300 dollaradək artırılacaq.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Co Bayden Azərbaycana hərbi yardım göstərilməsinə icazə verib. Bayden Konqresə hökumətin “Azadlığı Dəstək Aktı”na 907-ci düzəlişin təxirə salınmasını uzatdığını bildirib. “The Hill” nəşri Bayden administrasiyasının bununla Azərbaycana silah satışına “yaşıl işıq” yandırdığını yazıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər