11 May 2021 11:48
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin hərbi polis bölməsi Laçın dəhlizində gündəlik patrul xidməti həyata keçirir.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Laçın dəhlizi Xankəndi şəhəri ilə Ermənistanı birləşdirən yoldur. Rusiya sülhməramlı kontingenti razılaşmalara uyğun olaraq, burada nəzarəti həyata keçirir. Nəzarət təkcə yolda yox, 5 kilometr enlikdə də aparılır”, - hərbi polis bölməsinin zabiti, polkovnik-leytenant İvan Kuzmin bildirib.

Rusiya sülhməramlı kontingentinin hərbi polisi tərəfindən patrul xidmətinin aparıldığı yolun uzunluğu təxminən 50 kilometrə bərabərdir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər