12 May 2021 16:53
473
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad iyun ayında keçiriləcək prezident seçkilərində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, Əhmədinejad tərəfdarlarının müşayiəti ilə Daxili İşlər Nazirliyinin nəzdindəki qeydiyyat mərkəzini ziyarət edərək qeydiyyat formalarını doldurub.

Qeyd edək ki, 2016-cı ildə İranın Ali dini lideri Əli Xamenei Əhmədinejadın prezidentliyə namizəd olmasına qarşı çıxmış və onun namizədliyi ləğv olunmuşdu.


Müəllif: Cavad