15 May 2021 10:46
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Co Bayden sələfi Donald Trampın tibbi sığortası olmayan miqrantların ölkəyə girişinin qadağan olunmasına dair qərarını ləğv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Qeyd edilib ki, Trampın verdiyi bu qərar ABŞ-ın maraqlarının təşviqinə xidmət etmir.

“Birləşmiş Ştatlar Administrasiyası keyfiyyətli səhiyyə xidmətlərinə çıxışın genişləndirilməsinə sadiqdir. Bu məqsədə ölkəyə qanuni köç etmək istəyən şəxslərin giriş qadağası olmadan da nail ola bilərik”, - deyə bildirilib.

Bundan əvvəl Bayden Trampın bir sıra kateqoriyadan olan əcnəbilərin ABŞ-a girişini məhdudlaşdıran fərmanını ləğv etmişdi.


Müəllif: Səxavət

Oxşar xəbərlər