16 May 2021 14:28
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın Xarici İşlər naziri Hayko Maas İsrailin Qəzza zolağından raket zərbələri endirilməsi halında özünümüdafiə hüququna sahib olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, alman nazir bunu “Bild am Sonntag” nəşrinə müsahibəsində deyib.

“İsrail öz xalqını HƏMAS-ın raket terrorundan qorumaq üçün özünümüdafiə hüququndan istifadə edir”, - deyə o bildirib.

Maas “raket terroru”na və güc tətbiqinə son qoyulmasına və İsraillə Fələstin arasında danışıqlar prosesinə qayıtmağa çağırıb.

Bundan əvvəl HƏMAS İsrailin Tel-Əviv və Aşdod şəhərlərinə raket zərbələrinin endirilməsi barədə məlumat vermişdi.

İsrail ordusu isə HƏMAS hərəkatının xüsusi əməliyyat qərargahı rəhbərinin evinə zərbə endirib və HƏMAS-ın siyasi bürosu rəhbərinin müavininin evini də dağıdıb.


Müəllif: Səxavət