2 noyabrda separatçılar tərəfindən keçiriləcək seçkilər qeyri-effektiv olmaqla yanaşı, Minsk anlaşmasına ziddir. Bundan başqa, belə addımlar Ukraynanın şərqində münaqişənin həllini çətinləşdirir.
Teleqraf.com-un DW.DE elektron nəşrinə istinadən məlumatına görə, müvafiq fikirləri Almaniyanın federal kansleri Angela Merkel səsləndirib. Almaniya hökumətinin sözçüsü Georg Ştrayterin mediaya verdiyi açıqlamaya görə, Merkelin gün ərzində Fransa, Ukrayna və Rusiya prezidentləri ilə telefon danışıqları olub.
Putinlə söhbətində Almaniya kansleri bildirib ki, onun hökuməti bu qeyri-qanuni seçkiləri tanımır: "Telefon söhbətində bütün iştirakçılar təcili şəkildə atəşkəsə riayət etməyə çağrılıb. Tərəflər razılaşıblar ki, münaqişə yalnız sülh yolu ilə - Ukraynanın ərazi bütövlüyünə riayət olunması şərti ilə həll olunmalıdır”.
Nail Cəlil