“Türkiyə-Suriya münasibətləri mütləq düzələcək, çünki biz təkcə qonşu yox, həm də qardaşıq”.
Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) sədrinin köməkçisi Mustafa Şən deyib.
“Apardığımız mübarizə nəticəsində Aralıq dənizinin şərqinin yarısından bu tərəfi türk gölünə çevrilib. İndi Misirlə aramızda bir xətt çəkiləcək. Sabah Suriya ilə də münasibətlərimiz mütləq düzələcək. Çünki biz təkcə qonşu yox, həm də qardaşıq. Türk milləti ilə Suriya xalqı qardaşdır. Bu iki qardaş arada bir-birindən inciyə bilər. Qardaş olduğumuz haradan bəllidir. Suriyalılar Türkiyədədir. Bəs bura niyə gəldilər? Əksəriyyəti ərəb dilində danışdığı halda türkcə danışan bir yerə niyə üz tutdular? Çünki qardaş olduğunu bilirlər”, - AKP rəsmisi qeyd edib.