“Məmləkət” hərəkatının qurucusu Məhərrəm İncə yeni partiyanın qeydiyyata alınması üçün bu gün Türkiyə Daxili İşlər Nazirliyinə müraciət edəcəyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, o, bu müraciətdən sonra partiya rəhbəri üçün iclasın keçiriləcəyini bildirib.
“Müraciətdən sonra öz aramızda iclas keçirəcəyik, partiya sədri seçiləcək. Qurultay sentyabra qədər baş tutacaq”, - İncə qeyd edib.
Siyasətçi partiya ilə bağlı detallı məlumatların yaxın vaxtlarda açıqlanacağını söyləyib.