18 May 2021 22:55
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Rusiya ilə daha sabit və proqnozlaşdırılan münasibətlər qurmaq istəyir.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken deyib.

Rusiya Xarici işlər naziri Sergey Lavrov və Blinken bu həftə Arktik Şurasının iclası çərçivəsində Reykyavikdə görüşməyə razı olub. Danışıqlar zamanı, Rusiya və ABŞ prezidentləri - Vladimir Putin və Co Bayden arasında görüşün təşkili də daxil olmaqla, ikitərəfli münasibətlər və beynəlxalq gündəmin əsas məsələlərini müzakirə etmək planlaşdırılır.

Mayın 17-də Dövlət Departamenti Vaşinqtonun eskalasiya istəmədiyini və Moskva ilə sabit və proqnozlaşdırılan münasibətlər əldə etmək niyyətində olduğunu da bildirib.


Müəllif: Mənsur Rəğbətoğlu