ABŞ Dövlət katibi Entoni Blinken Arktika ölkələri xarici işlər nazirlərinin görüşü çərçivəsində İslandiyaya səfərindən sonra Qrenlandiyaya gedib.
Teleqraf.com xəbər verir ki, Blinken ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2019-cu ildə almaq istədiyi ada ilə bağlı hazırkı dövlət başçısı Co Baydenin mövqeyini açıqlayıb.
Dövlət katibi Bayden administrasiyasının bu adanı almaq istəmədiyi iddiaları ilə bağlı jurnalistin sualına belə cavab verib:
“Bunun doğru olduğunu təsdiqləyə bilərəm”.