Qəzada kəllə sümüyü 30 hissəyə parçalanan gənc komadan çıxıb.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 20 yaşında olan zaman ağır qəza keçirən Cek Martindal komadan çıxıb. Qəza zamanı sevgilisini itirən Çekin ailəsinə həkimlər, “Böyük ehtimalla heç bir zaman komadan çıxa bilməyəcək, çıxsa belə əsla sərbəst yaşaya bilməz” deyib.
Həkimlər 5 saatlıq əməliyyatdan sonra, Cekin kəlləsinə 9 titan list əlavə ediblər.
2010-ci ildə komadan ayılan gənc oğlan hər kəsi təəccübləndirməyi bacarıb. “Edə bilməzsən” deyilən hər şeyi rədd edən Cek gəzməyi, danışmağı yenidən öyrənib. O, qəza törədən sürücünü məhkəməyə verib. Universitetə də geri dönən Cek təhsilini uğurla bitirib. Sonda başına gələnlərdən kitab yazıb.
Rüstəm