İnternetdə öz ailəsi tərəfindən saxlanıldığı iddia edilən və itkin düşmüş şahzadə Lətifəyə bənzəyən bir qadının şəkli ortaya çıxıb.
Teleqraf.com “The Guardian”a istinadla xəbər verir ki, fotoşəkillər BMT-nin Dubay əmiri Məhəmməd bin Rəşid əl-Məktumun qızının sağ olduğu barədə inandırıcı dəlil tələb etməsindən sonra yayılıb.
Fotoda üç qadının Dubay ticarət mərkəzindəki kinoteatrın önündəki kafedə oturduğu göstərilir. Arxa planda mayın 13-də Dubayda yayımlanacaq bir filmin reklamı görünür.
Qəzet bildirib ki, şəxsiyyəti təsdiqlənərsə, bu, son üç ildə ərəb şahzadəsinin ictimaiyyət qarşısında çəkilmiş ilk fotosu olacaq.
Bu ilin fevralında “BBC” Lətifənin vəziyyəti barədə danışdığı bir videokadr əldə edib. Videoda onunn bir villada saxlanıldığını, qorxduğunu bildirib. İnsan haqları müdafiəçisi David Haye görə isə, fotoşəkillərin yayımlanması Lətifə ilə bağlı digər mühüm hadisələrlə də əlaqəlidir. Bunların hansı hadisələr olduğu bəlli deyil.
Qeyd edək ki, Lətifə 2018-ci ildə atasının nəzarətindən qaçmağa cəhd edib. Qız Hind okeanında üzən yaxtaya minib, lakin qaçış uğursuz olub. Hindistan və BƏƏ-nin gizli xidmətlərinin birgə əməliyyatı nəticəsində onu yenidən Dubaya qaytarıblar. Lətifə və onun hüquq müdafiəçiləri şahzadənin o zamandan bəri Dubay əmirinin əmri ilə bir villada saxlanıldığını deyirlər.
Şeyxin özü və BƏƏ rəsmiləri bu ittihamları rədd edirlər.