İyulun ortalarında Nigeriyanın şimal-şərqində oğurlanan Almaniya vətəndaşı "Boko Haram" terrorçularının əlindədir.
Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, yerli mətbuat "Boko Haram"ın yaydığı videoya əsasən, bu barədə məlumat yayıb.
Almaniyalı girov Adamava ştatının Qobmi rayonunda təhsil müəssisəsinə rəhbərlik edirmiş. Motoskletli naməlum şəxslər onu evinin qarşısında oğurlayıblar. O, evdən çıxıb avtomobilinə əyləşmək istəyərkən, naməlum şəxslər ona hcum edib. Oğurlanan Almainya vətəndaşı naməlum istiqamətdə aparılıb. O vaxtdan onun haqqında heç bir məlumat yox idi.
"Boko Haram"ın başçısı Əbubəkir Şekau bildirib ki, qruplaşma üzvləri Almaniya vətəndaşını öldürə bilər.
Almaniya hökuməti bu xəbəri şərh etmir.
Nihad