28 May 2021 00:59
1 305
12 Punto 14 Punto 16 Punto 18 Punto

Üçtərəfli Təmas Qrupundakı Ukrayna nümayəndə heyətinin rəhbəri Leonid Kravçuk Donbas münaqişəsinin həlli ilə bağlı danışıqlar aparmaq üçün Minskə iki alternativ təklif edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ”Qordon” portalı məlumat yayıb.

“Mənim fikrimcə, danışıqlar neytral bir ölkə olmalıdır: məsələn, İsveçrə, bəlkə də Finlandiyada”, - Kravçuk söyləyib.
O, Rusiyanın danışıqlar üçün bir yer seçimi ilə bağlı təklifləri varsa, bunun müzakirə edilməli olduğunu bildirib:

“Bu ümumi bir qərar olmalıdır, yalnız Ukraynanın qərarı yox”.

Bundan əvvəl Ukrayna nümayəndə heyətinin rəhbəri Minskin artıq Donbasla bağlı danışıqlar platforması ola bilməyəcəyini deyib. Onun fikrincə, Belarus Rusiyanın baş barmağının altındadır.

Belarus Prezidenti Aleksandr Lukaşenko onun bu sözlərini “tamamilə axmaqlıq” adlandırıb, ancaq müdaxilə etməyəcəyini qeyd edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər