30 May 2021 21:04
395
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın ana müxalifət partiyası baykotu dayandıraraq parlamentinin işində iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, müvafiq qərar Vahid Milli Hərəkat Partiyasının (VMHP) Siyasi Şurasının bu gün keçirilən iclasında qəbul edilib.

Partiya sədri Nika Melia bildirib ki, VMH parlamentə daxil olsa da, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təqdim etdiyi sənədi imzalamaqdan imtina edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər