31 May 2021 11:56
2 347
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Türkiyə NATO-nun Belarusa qarşı həmləsinin qarşısını aldı”.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti yazıb.

Nəşr NATO-nun Belarusda baş verən son gəlişmələrə zəif müdaxilə etdiyini bildirib: “NATO-nun zəif təpki verməsi göstərir ki, Lukaşenkonun kifayət qədər güclü dostları var. Türkiyə NATO-nun Minskə qarşı ehtimal olunan praktiki addımlarına veto qoyub”.

Qeyd edək ki, bir neçə gün əvvəl Yunanıstandan Litvaya uçan “Ryanair” hava yollarına məxsus sərnişin təyyarəsi “bomba” xəbərdarlığı ilə təcili Belarus endirilib. Minskə endirilən təyyarədəki sərnişinlər arasında olan “Nexta” Teleqram kanalının qurucusu və belaruslu bloqqer polis tərəfindən saxlanılıb.

Bundan sonra ABŞ və Avropa İttifaqı Belarus hökumətinə qarşı sanksiya qərarı verəcəyini açıqlayıb. Bir çox Avropa ölkəsi bu olay səbəbindən Belarusa təyyarə reyslərini dayandırıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər