1 İyun 2021 14:34
828
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kolumbiyanın cənub-qərbindəki Huila bölgəsində qəhvə tarlasına edilən silahlı hücum nəticəsində 9 nəfər öldürülüb.

Teleqraf.com xəbər verir ki, qəhvə becərən şəxslərə hücumun kim tərəfindən edildiyi məlum deyil.

Rəsmilər öldürülən şəxslər arasında qadınların da olduğunu bildirib.

Müdafiə naziri Dieqo Molano bölgəyə ordu və polis göndəriləcəyini açıqlayıb.

Qeyd edək ki, 2020-ci ilin avqustunda da eyni əraziyə edilən hücum nəticəsində 1 uşaq olmaqla 4 nəfər öldürülmüşdü.


Müəllif: Cavad

Oxşar xəbərlər