Almaniya Xarici işlər naziri Hayko Maas Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevə silah tədarükü istəyinə cavab verib.
Teleqraf.com xəbər verir ki, nazir Ukrayna liderinin istəyini geri çevirib.
“Mən əminəm ki, Ukraynanın şərqindəki münaqişə yalnız diplomatik yolla həll edilə bilər”, - Maas söyləyib.
O, həmçinin münaqişə bölgəsinə silah tədarükünü tənqid edib və bunun qəbuledilməz olduğunu bildirib.
Almaniya Xarici İşlər Nazirliyinin başçısı bununla Zelenskinin Berlindən silah almaq istəyinə cavab verib.
Ukrayna prezidenti “Frankfurter Allgemeine Zeitung” qəzetinə verdiyi müsahibədə Kiyevin Moskvadan gələn təhdidlərdən narahat olduğunu deyib.