2 İyun 2021 12:47
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

“FETÖ İstanbulda xaos yaratmağa çalışır, bu məqsədlə köhnə planı işə salıb”.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyənin “Hüriyyət” qəzetinin yazarı Nədim Şənər deyib.

Şənər Türkiyə dövlətini şantaj edən Sedat Pekerin simasında Fətullahçı Terror Təşkilatının (FETÖ) bir neçə il əvvəl həyata keçirməyə çalışdığı planın yenidən ortaya atıldığını bildirib.

O, bu məqsədlə FETÖ və şəbəkəsinin ələviləri hədəfə aldıqlarını, onları qızışdırmağa çalışdıqlarını iddia edib:

“İstanbulda xaos yaratmaq üçün qarşıdurmanın yaradılacağı nöqtələr də bəllidir: Oxmeydanı, Küçük Armudlu, Maltəpə, Yenibosna, Dəmirqapı, Küçükçəkməcə, Pendik, Gəbzə, Qazi Məhəlləsi, Esenler, Sultanbəyli, Fikirtəpə və Tuzla.

Bu plan 2015-ci ildə keçirilən seçkilər üçün hazırlanmışdı. Ələviləri hədəfə almağa yönəlik cəhdlər edilmişdi, hətta bu məqsədlə evləri işarələnmişdi. Amma bu planı həmin vaxt reallaşdırmaq mümkün olmadı. Bununla belə, planı hazırlayanların ondan imtina etmədikləri dəqiqdir.

FETÖ-çülərlə danışıqlarında və paylaşımlarında ələviləri təhrik etməyə çalışan Sedat Peker bu xaos planını hazırlayanların piyadasına çevrilib. Hər kəs diqqətli olmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər