“Koronavirusa qarşı Rusiya peyvəndinin tətbiqindən sonra bir ölüm belə olmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
Prezident rusları koronavirusa qarşı peyvənd vurdurmağa çağırıb:
Onun sözlərinə görə, peyvənddən sonra temperatur qısa müddətə qalxır.
“Xatırladım ki, rus peyvəndi ən təhlükəsiz və təsirli kimi tanınır. Effektivlik 96 faizdən çoxdur. Peyvəndin istifadəsindən sonra bir ölüm belə qeydə alınmayıb”, - Putin bildirib.
“Sputnik V” 3.2 milyarddan çox əhalisi olan 66 ölkədə qeydiyyatdan keçib. Sözügedən peyvəndin alıcılarından biri də Azərbaycandır.