5 İyun 2021 12:30
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş ABŞ prezidenti Donald Tramp aktiv siyasi fəaliyyətini davam etdirmək niyyətində olduğunu və hələ də günəş altında - yer uğrunda mübarizə aparacağını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Newsweek” yazıb.

Tramp Konqresin rəhbəri olmaq və Prezident Co Baydenin impiçment proseduruna başlamaq üçün 2022-ci ildə Nümayəndələr Palatasının spikerliyinə namizədliyini irəli sürməyi düşünəcəyini söyləyib.

Tramp bundan əvvəl 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək niyyətini açıqlayıb, lakin konqres seçkilərində iştirak etmək fikri də onun üçün maraqlı görünür.

Nəşr bildirib ki, Tramp 2022-ci ildə Nümayəndələr Palatasında bir yer uğrunda mübarizə aparmaq qərarına gəlsə də, bu yarışda qalib gələ bilər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər