6 İyun 2021 22:12
439
12 Punto 14 Punto 16 Punto 18 Punto

Liviyanın cənubundakı Sebha şəhərində nəzarət-buraxılış məntəqəsi qarşısında bomba yüklü avtomobilin partladılması nəticəsində dörd nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Liviya Milli Ordusunun Xüsusi Təyinatlı Qüvvələrinin sözçüsü RİA Novosti-yə açıqlamasında bildirib.

Ordu sözçüsünün verdiyi məlumata görə, bomba yüklü avtomobildə olan kamikadze nəzarət-buraxılış məntəqəsinə hücum edib, nəticədə şəhərin cinayət axtarış idarəsinin rəisi və şəxsiyyəti hələ müəyyən olunmayan daha üç nəfər öldürülüb.

Agentliyin həmsöhbəti əlavə edib ki, partlayış nəticəsində bir neçə nəfər xəsarət alıb, şəhərin təhlükəsizlik şöbəsinə məxsus üç maşın yanıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər