ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüşdən əvvəl Ukrayna dövlət başçısı Vladimir Zelenski ilə görüşməyəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə “Axios” Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.
Bayden və Putin arasında qarşıdakı görüş iyunun 16-da Cenevrədə baş tutacaq.
“Axios”un həmsöhbətinin dediyinə görə, Vaşinqton bundan əvvəl Putinlə görüşdən əvvəl Ukrayna prezidenti ilə görüş variantını nəzərdən keçirib. Amma portal qeyd edib ki, Ağ Ev Zelenskinin korrupsiyaya qarşı mübarizədən imtina etməsi kimi qəbul edilən “Naftoqaz” enerji şirkətinin rəhbərliyini dəyişdirmə qərarı səbəbiylə bu görüşdən imtina edib.
Ukrayna prezidenti isə Rusiya-Amerika liderlərinin görüşündən əvvəl amerikalı həmkarı ilə görüşməyə hazır olduğunu söyləyib. Zelenskiyə görə, məsləhətləşmələr üz-üzə aparılmalıdır, çünki bir çox şey telefonla müzakirə oluna bilməz.