9 İyun 2021 11:35
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Azərbaycana hərbi yardımın göstərilməsinin məqsədəuyğun olub-olmadığını müzakirə etməyə davam edəcək”.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət katibi Entoni Blinken Senatın Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı söyləyib.

Dinləmələr zamanı komitə sədri Robert Menendez Co Bayden administrasiyasının Azərbaycana hərbi yardım göstərməyə davam etmək qərarından məyus olduğunu deyib.

Buna cavab olaraq Amerika diplomatiyasının rəhbəri administrasiyanın bu qərarın mümkünlüyünü nəzərdən keçirməyə davam edəcəyini bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Co Bayden may ayında “Azadlığa Dəstək Aktı”na 907-ci 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığını açıqlayıb.

Dəyişiklik 1992-ci ildə qəbul edilib. Sənəd ABŞ tərəfindən Azərbaycana dövlət səviyyəsində yardım verilməsini məhdudlaşdırır. Lakin 2001-ci ildən bəri Amerika hökuməti bunu müvəqqəti olaraq dayandırır. Vaşinqton bu qərarın beynəlxalq terrorizmə qarşı mübarizə səylərini dəstəkləmək, eləcə də Azərbaycan sərhədlərinin təhlükəsizliyini gücləndirmək üçün lazım olduğunu bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər