Sakit Okean üzərində uçan ABŞ kəşfiyyat təyyarəsi Rusiya sərhədlərinə yaxınlaşdıqdan sonra rus döyüş təyyarəsi tərəfindən qarşısı alınıb.
Teleqraf.com xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinin “RC-135W” tipli strateji kəşfiyyat təyyarəsi Sakit Okean üzərində uçarkən Rusiya sərhədlərinə yaxınlaşıb.
ABŞ təyyarəsi sərhədlərə yaxınlaşdıqda, Rusiya ordusunun radar sistemləri işə salınıb. Rusiya Hərbi Hava Qüvvələrinə məxsus “SU-35” tipli döyüş təyyarəsi radar xəbərdarlığından sonra havaya qalxıb və ABŞ təyyarəsinin qarşısını alıb.
Rusiya Müdafiə Nazirliyinin verdiyi açıqlamada Rusiya təyyarəsinin ABŞ qırıcısı önündə manevrlər etdiyi və bundan sonra federasiya sərhədlərindən uzaqlaşdığı bildirilib.