18 İyun 2021 01:16
361
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstan baş nazirinin müavini, xarici işlər naziri David Zalkaliani iyunun 18-19-da Antalya Diplomatik Forumunda iştirak edəcək.

Teleqraf.com xəbər verir ki, XİN başçısı forumun “Cənubi Qafqaz: Regional əməkdaşlıq üçün yeni fürsətlər” adlı panelində Azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə iştirak edəcək.

Səfər çərçivəsində David Zalkalianinin həmkarları ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılıb.


Müəllif: Teleqraf.com